“Efirdə saqqız çeynəmişəm, əcəb etmişəm, lüt gəzməmişəm ki...” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Efirdə saqqız çeynəmişəm, tənqid ediblər. Çeynəmişəm, çeynəmişəm də. Səhərdən axşama qədər saqqızı reklam edirlər. Saqqızı pulsuz reklam etmişəm, hələ mənə "dolya" düşməlidir. Camaat efirdə lüt gəzir, heç onu demirlər. Bir saqqız çeynəmişəm, onu deyiblər. Bizim millət sözbazdır, heç nədən bir qəmbərqulu çıxarırlar".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
"Mən olduğum kimiyəm, belə də qəbul olunmuşam. Allahın verdiyi xasiyyətdir. Mənimki deyib-gülmək, danışmaqdır. Heç vaxt qeybət etmərəm, kiminsə arxasınca danışmaram. Kimin nəyi varsa özü bilər. Bacarana can qurban. İnsanların ağzı torba deyil ki, büzəsən. Bir ara deyirdilər ki, həmkarım Gülbahar Şükürlü ilə danışmırıq. Vallah yalan sözlərdir. O da sənətkardır, mən də sənətkaram. Hərəmiz bir tikə çörəyin avarasıyıq. Eyni sənətin sahibiyik, onun öz yolu var, mənim öz yolum. Tez-tez görüşürük, danışırıq. Ölüm-itim dünyasıdır, heç kim bilmir ki, başına nə gələcək. Hərdən gedib qəbirstanlığı ziyarət etsinlər, görsünlər ki, orada nə canlar yatır. İnsanlara heç nə dərs olmur. Vallah nəinki Gülbahar, hamı ilə münasibətim yaxşıdır. Təbii ki, hamı mənim kimi deyil. Bəzən deyirlər ki, filankəs xasiyyətini dəyişdi. İlan rəngini dəyişə bilər? İlan ancaq dərisini dəyişir. Hər bir insanın öz dili var, dil tapmaq lazımdır", - deyə sənətkar bildirib.
Əməkdar artist gəlin-qaynana münasibətlərindən də danışıb.
Analar yaxşı qız böyütmürlər. Evlərə yola salanda deyirlər ki, qaynanan birini desə, sən beşini de. Böyüyün böyük yeri var. Biz axı elə tərbiyyə görməmişik. Böyük həyatı görmüş insandır, o heç vaxt sənin pisliyini istəməz. Mənim qaynanamda işim olmayıb, onun da məndə. Pul qazanan olmuşam. Qaynanam mənə nə edə bilərdi?! Gəlinimi oğlumdan çox istəyirəm. O da bir insandır da. Mənim qızıma zülm etsələr xoşuma gələr? O da bir ata ananın qızıdır. Kim nə edirsə özünə edir", - deyə sənətkar bildirib.
Gövhər Rzayeva yeni repertuar hazırladığını da bildirib.
"Məndən çox efirlərdə qonaq olan yoxdur. Yeni zapislərim də var, bu günlərdə təqdim edəcəyəm. Həm bəstəkar mahnılarım var, həm də oynaq mahnılar. Mən lirikanı sevirəm, amma xahiş edirlər ki, efirlərdə oynaq mahnılar ifa edim. Bu da yəqin ki, insanların problemi ilə bağlıdır. Onları yükləmək istəmirlər", - deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
XƏBƏR LENTİ
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq





