Şou-biznes

Mətanət İsgəndərli oğlunun qalmaqallı boşanmasından danışdı

24 Oktyabr 2022 11:58
Baxış: 2 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin boşanmasından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Axşamın havası" proqramında bəhs edib. O bildirib ki, övladı onun ucbatından əziyyət çəkib:

"İnsanlara inandığıma görə başım çox əziyyət çəkib. Ana övladlarını qorumalıdır. Ürəyimin təmizliyindən balam da əziyyət çəkib. Oğluma deyirəm ki, bizim imtahanımızdır. Allah bizi imtahana çəkir. Allaha yalvar ki, bizi bundan çətin imtahana çəkməsin və bundan üzüağ çıxartsın". 

Qeyd edək ki, İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Onların bu nikahdan olan 3 övladı hazırda atası ilə yaşayır. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.