Şou-biznes

Fotoşopun qurbanı oldu - FOTO

22 Oktyabr 2022 23:05
Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial media hesabında paylaşdığı foto türkiyəli aktrisa Hafsanur Sancaktutana baha başa gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın fotoşopdan düzgün istifadə etməməsi olub. Bir-birindən fərqlənən Hafsanurun ayaqlarından birinin ölçüsü digərindən uzun olub. Şəkildəki dəyişiklik izləyicilərin də gözündən qaçmayıb.

Aktrisanın ünvanına "Bir foto ilə bu qədər oynamazlar", "Sonuncu şəkil alınmayıb, sən də fotoşop etmisən", "Sağ ayaq nədir elə? Ya güzgüyə görə olub, ya da fotoşopdandır", "Mükəmməlsən deyənlər, bu nə yaltaqlıqdır, şəkildəki cəfəngiyyatı görməyəcək qədər kor olmusunuz?" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Hafsanur hazırda "Darmaduman" serialının çəkilişlərinə hazırlaşır. O, ekran işində "Derin" obrazına həyat verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.