
2. Elə həmin toyda çəkilən digər bir fotoşəkil - model Züleyxa Akçurina, müğənnilər Roza Zərgərli və Elnarə.
3. Müğənni Aynişan Quliyeva isə gənc vokalçı Emin Eminzadəylə birlikdə ad günündə qonaq oldu.

4. Ayrılmaz dostlar - teleaparıcı Tural Əsədov və bəstəkar-aranjemançı Emin Kərimi səfərə yola düşərkən.

5. Səfər zamanı çəkilən fotolardan biri də əməkar artist Sevda Ələkbərzadəyə aiddi. Müğənni dənizin füsunkar görüntüsü önündə.

6. Nura Surinin oğlu Xosrov isə "Eurovision 2009" təmsilçimiz Aysel Teymurzadə ilə çəkdirdiyi şəkli dostları ilə paylaşdı.

7. "Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva isə ən yaxın dostlarından dəstək aldı. Elnur Hüseynov və Diana Hacıyeva Səbinəni müsabiqə ərəfəsində tək qoymadılar.

8. Gənc müğənni Günay İbrahimli sənətin sirlərini xalq artisti Aygün Kazımovadan öyrənmək qərarına gəlib. Günay sevilən müğənninin konsertindən öncə onunla şəkil də çəkdirib.
9. Aygün Kazımovanın qızı İlqarə isə tanınmış fotoqraflardan birinin obyektivi önünə keçdi. İlqarənin yeni fotosessiyasını dostları da bəyəndi.

10. Stilini dəyişən Elnarə Xəlilova da fotosessiyası ilə gündəmə gəldi. Müğənni bu dəfə saçlarını qırmızı rəngə boyadı.

11. Könül Kərimovanın aparıcılıq etdiyi verilişdən çəkilən şəkil. Müğənninin qonaqları xalq artisti Faiq Ağayev və gənc ifaçı Günay İbrahimli oldu.
12. Sevda Yəhyayevadan yeni hit gəlir. Müğənni səsyazma studiyasında bəstəkar Pərviz Mahmudovla birgə.

13. Tanınmış modelyer Fəxriyyə Xələfova isə may ayında yeni kolleksiyasının təqdimatına hazırlaşır. Modelyer təqdimatdan öncə səfər etmək qərarına gəlib və bu məqsədlə Dubayı seçib.

14. Səfərdə olan digər sənətçi isə Azəri qızı Güneldir. Müğənni Yaponiyadadır.

Aytac
Milli.Az





