Şou-biznes

Milyonçu ilə evlənən Hadise HAMİLƏDİR - FOTO

20 Avqust 2022 18:45
0 Şərh     Baxış: 2 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin aprelində milyonçu iş adamı Mehmet Dinçerlerlə ailə quran pop ulduz Hadisenin ana olacağı haqda məlumatlar ortalığa çıxıb.  

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, türk mətbuatı sənətçinin 2 aydan çoxdur hamilə olduğunu yazıb.

Bildirilir ki, məhz bu səbəbdən Hadise kameralardan uzaq qaçmağa və görüntülənməməyə çalışır. Həmçinin, dərc olunan xəbərlərdə qeyd olunub ki, sənətçinin gizlicə ailə qurmasının da səbəbi hamilə olmasıdır.
Müzakirələrə səbəb olan hamiləlik mövzusu ilə bağlı Hadise hələ açıqlama verməyib.  

Qeyd edək ki, Hadise bir neçə həftə əvvəl rəsmi olaraq ərdə olduğu həyat yoldaşı Mehmet Dinçerlerin soyadını götürüb.

M.Dinçerler dünyaca məşhur "Gloria Jeans" - "coffeeshop food and drink" şəbəkəsinin qurucusu və təsisçisidir.  

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.