Şou-biznes

Lananın pərəstişkarı ilə başı dərddədir

27 İyul 2022 14:12
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı müğənni, bəstəkar Lana Del Rey pərəstişkarın tərəfindən təqib edildiyini bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə TMZ məlumat yayıb. Erik Everardo adlı şəxs ifaçının evinə bir neçə dəf daxil olaraq avtomobilini oğurlamağa cəhd edib. Lana təqiblərlə fevraldan bəri üzləşir. Daha sonra sözügedən şəxs polis tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Lakin təqiblər bununla da bitməyib. Bundan sonra Lana ondan qorxulu məzmunlu məktublar almağa başlayıb. O hətta müğənninin bacısına belə mesajlar yazmağa başlayıb. Ulduz özünün və ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Hazırda Everardonun müğənniyə 90 metrdən yaxın yaxınlaşmaq hüququ yoxdur və ilk məhkəmə iclası gələn aya təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory