Şou-biznes

"Soğan-çörək ye, amma yoldaşın yanında olsun" - Rəqsanə

24 İyul 2022 15:37
6 Şərh     Baxış: 3 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni  Rəqsanə İsmayılova ötən ay qızının toyunda iştirak edə bilməmişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, restoranların birində qohumlarını bir araya yığan Rəqsanə övladına xeyir-dua verib. O, məclisdə gözyaşlarına da hakim ola bilməyib. Bununla bağlı videonu sənətçi instaqramda paylaşıb:

"Toy günü istərdim ki, məni görəsiniz. Amma xəstə oldum. Toyunu görə bilmədim, qismət olmadı. Elçilik olanda özümü itirdim, bir valideyn olaraq böyük bir məsuliyyət olduğunu başa düşdüm. Baxmayaraq ki, özüm 20 ildir məclislər idarə edirəm. 

Valideynlərin dəstəyi ailəyə hər zaman lazımdır. Aysuna da həmişə demişəm ki, soğan-çörək ye, amma hər zaman yanında həyat yoldaşın olsun. Hər bir qadının arxasında pul yox, onun çiynini söykəyəcəyi kişi olmalıdır. Rəqsanəyəm, pul qazanıram, amma nə olsun? Fazil evə gəlməyənə qədər heç kim süfrə arxasında əyləşmir".

O, daha sonra həyat yoldaşı Fazil bəy və öz adından qızına üzük hədiyyə edib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory