Şou-biznes

Türkiyədə çəkiliş meydançasında PARTLAYIŞ: Məşhur aktyorun üzü yandı - FOTO

23 İyul 2022 20:04
1 Şərh     Baxış: 1 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə film çəkilişləri zamanı qəza baş verib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Kilisdə "49" adlı filmin səhnəsi çəkilərkən meydançaya quraşdırılan partlayıcı vaxtından əvvəl partlayıb.

Bu zaman məşhur aktyor İsmayıl Hacıoğlu xəsarət alıb.

Partlayış nəticəsində aktyorun üzündə və bədənində yanıq yarası əmələ gəlib. Aktyora təcili tibbi yardım maşınında ilkin yardım göstərilib.

Qeyd edək ki, "49" filmi 2014-cü ildə Mosulu ələ keçirən İŞİD silahlılarının Türkiyənin Mosul Konsulluğunda 49 Türkiyə vətəndaşını girov götürdüyü prosesdən bəhs edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.