Şou-biznes

Ailə qurandan 13 il sonra soyadını dəyişdi - FOTO

17 İyul 2022 18:07
1 Şərh     Baxış: 1 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Soyadımı dəyişdim, 13 illik evlilik həyatımdan sonra bir günlük dəyişdim. Amma qayıdacam öz soyadıma".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkə hesabında yazıb. Sənətçi "Qasımova" soyadını dəyişdiyini bildirib.

Onun bir gündən sonra əvvəlki soyadına qayıdacağı isə müzakirələrə səbəb olub. Beləki soyadın geri qaytarılması bir günə baş verə bilmir.

Z.Qasımova Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bunun üçün 1 ay gözləməli olacaq:

"Elə bilirdim bir günlükdür, səhv etmişəm. 1 ay çəkəcək. Neçə ildir evliyəm, vəsiqəmə "evli" yazılmamışdı. Qasımova kimi tanınıram deyə, dəyişmək istəmirdim. Amma "evli" olsun deyə, dəyişdim. İndi yenidən sənəd düzəltməliyəm və 1 ay sonra qayıdacam öz soyadıma".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.