Şou-biznes

İki məşhur brend arasında 100 minlik qalmaqal

12 İyul 2022 09:30
0 Şərh     Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur "Dior" brendi italyan moda nəhəngi "Valentino"dan 100 min avra təzminat tələb edir.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, buna səbəb moda brendinin Romanın məşhur tarixi İspan pilləkənlərində təqdimat etməsi olub. Brendin sözlərinə görə, təqdimat onlara ticari ziyan vurub. 

Bununla bağlı "Valentino"ya göndərilən məktubda sözügedən pilləkənlərinə baxan "Dior" butikinin işində problem yaratdığına görə kompensasiya tələb etdiyi əks olunub.

Bu tələbə görə, brendə 15 gün ərzində 100 min avro ödənilməlidir.

Qeyd edək ki, "Valentino" təqdimatdan bir neçə ay əvvəl polisdən və bir sıra yerli hakimiyyət orqanlarından şəhərin tam mərkəzində belə bir genişmiqyaslı tədbir keçirmək üçün icazə alıb. İyunun 27-də brend pərakəndə satıcılara da məktub ünvanlayıb və orada mağaza ziyarətçilərinin rahat hərəkətinə zəmanət verib. Bununla belə, "Dior" reallıqda vəziyyətin tamamilə fərqli olduğunu bildirib, alıcılar üçün butikə giriş mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.