Rusiyanın məşhur aparıcısı Aleksandr Qordon beşinci dəfə nikah masasına əyləşib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 58 yaşlı aparıcı arfa ifaçısı Sofiya Kalandadze ilə gizlin evlənib. Cüylük arasındakı yaş fərqi 38-dir.
Qeyd edək ki, cütlük 2018-ci ildə tanış olub. Bu Qordonun, beşinci evliliyidir. O, sonuncu həyat yoldaşından iki əvvəl boşanıb. Onlar arasındakı yaş fərqi isə 30 idi. Cütlüyün iki oğlu var - Aleksandr və Fedor. Bundan başqa, Qordonun əvvəlki münasibətlərindən daha iki qızı var.
Milli.Az