“Anamın doğum gününü Şuşada keçirdim, onun gur yağışına da qurban olum...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 12-də başlanan "5-ci Xarıbülbül" festivalı öz axarı ilə davam edir. Bu gün festivalın 2-ci günüdür.
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, dünən festivalın açılışında olan sənətçilərimizin festivalla bağlı fikirlərini alıb. Xalq artisti Siyavuş Kərimi bildirib ki, hələ də Şuşadadır.
"Mən hələ də Şuşadayam, festival bu gün də davam edəcək. İlkin təəsüratlarım odur ki, hər şey çox gözəl təşkil olunub. Cənab prezidentin, Mehriban xanımın iştirakı ilə açılış mərasimi baş tutdu. Düzdü, festival bu il bir az gözlənilməz hadisələrlə dolu idi. Belə ki, festivalın başlaması ilə güclü yağış da başladı, hamı çətirlərlə yağışın altında oturub, konsertə baxdı. Bunun özü də çox maraqlı situatsiya idi, yaddaqalan hadisə oldu. Leysan yağışlar başladı. Çox maraqlı konsertlər oldu. Türk dünyasının paytaxtı Şuşada belə bir mötəbər tədbirin keçirilməsi əlbəttə ki, Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir" deyə Siyavuş Kərimi deyib.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də "Xarıbülbül" festivalında ikinci dəfədir iştirak etdiyini bildirib.
"Şuşa həmişə gözəldir. Günəşli havada da, yağışlı havada da. Biz hər zaman Şuşanı sevmişik. Çox gözəl konsert oldu. Gözəl bir mühit var idi. Nə olar ki, bir az yağış yağdı, bu bizə mane olmadı. Məmnuniyyətlə bu konserti izlədik. Bu il bir az fərqli olaraq müxtəlif xalqların mahnıları, rəqsləri də festivalda səsləndi. Orada çox gözəl atmosfer var idi, insanlar bir-birlərinə işıq saçırdılar" deyə Firəngiz Əlizadə bildirib.
Əslən Şuşalı olan xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova ikinci dəfə doğma yurdunda olmağın sevincini bizimlə bölüşüb.
"Festival yüksək səviyyədə keçirildi. Gur yağış da yağmışdı. O da ruzi-bərəkətdir! Şuşanın gur yağışına həsrət qalmışdım. Şuşada yağan yağışa da qurban olum. Üstdən geyinməyə bizə geyim verdilər, çətirlər paylanıldı. Sonuna qədər konserti izləyəndən sonra şəhəri gəzdik, gün də çıxdı! Çox maraqlı idi. Sonra Xarıbülbül otelinə gəldik, orada yemək yedik, pürrəngi çay içdik. Bir də gördük ki, gün çıxdı, səma üzərində göy qurşağı yarandı. Cıdır düzünə, Şuşa qalasına uzaqdan baxanda hər zaman gözümün qabağına əsgərlər gəlir, elə bilirəm ki, əsgərlərimiz ordan dırmaşıb üzü bizə sarı gəlirlər. Bu gün anamın da doğum günü idi, ona Şuşada fatihə oxudum. Allah şəhidlərimizə rəhmət etsin. Şuşadan xoş təəsüratlarla ayrıldım" deyə xalq artisti bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
XƏBƏR LENTİ
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama





