Şou-biznes

Tanınmış aktrisa vəfat etdi

19 Aprel 2022 16:48
0 Şərh     Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Jan-Pol Belmondo ilə "Okean kənarında həftə sonu" filmində rol alan italyan aktrisa Ketrin Spaak vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 77 yaşında Romadakı klinikalardan birində dünyasını dəyişib.

Xatırladaq ki, Ketrin 2020-ci ildə beyin qanaması keçirib.

Qeyd edək ki, aktrisa debütünü 15 yaşında edib. O, dörd dəfə ailəli olub. İlk həyat yoldaşı Fabrizio Kapuçi ilə film çəkilişində tanış olub. Onların Sabrina adlı qızı dünyaya gəlib. Ketrinin Conni Dorelli ilə evliliyindən Qabriel adlı oğlu var. Son iki evliliyindən sənətçinin övladı olmayıb.

Aktrisanın son işlərindən biri "Zen" (2011) mini serialıdır. O, "Forum" və "Harem" televiya şoularının aparıcısı da olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.