Martın 29-da Böyük Britaniyada dünyanın pop-ulduzlarının iştirakı ilə xeyriyyə konserti təşkil olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, konsert zamanı Ukraynaya yardım üçün 16 milyon dollar toplanılıb.
Konsertdə Ed Şiran, Kamila Kabelo, Nayl Rocers, Emeli Sande və digər məşhur musiqiçilər qatılıblar. Konsertə təxminən 8 min insan bilet alıb. Milyonlarla insan isə televiziya vasitəsilə konserti izləyiblər.
Milli.Az