Şou-biznes

"Oğlumun sevdiyi qız qəbulumdur" - Nüşabə Ələsgərli

28 Mart 2022 10:54
1 Şərh     Baxış: 1 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Nüşabə Ələsgərli xaricdə yaşayan övladlarından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində  övladlarının xaricdə yaşadığını söyləyib. OğluOrxanı evləndirmək haqda suallara isə ifaçı belə cavab verib:

"Oğlumun sevdiyi qız qəbulumdur. Ağıllı baladır. Onun seçiminə inanıram. Qızım Nigar da özü istəməsəydi heç vaxt verməzdim. Bəzi məqamlar olur ki, qarışaram. Onlar bilir ki, nəyi bəyənib, nəyi bəyənmirəm. Müstəqil olsunlar istəyirəm. Oğlum Estoniyada, qızım Belçikadadır. Hər gün görüntülü danışırıq. Elə bil uşaqlarım evdədir. Biz beynəlxalq ailəyiq. iranlı həyat yoldaşı, türk kürəkən, oğlum Estoniyada".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.