Şou-biznes

Adil Karaca həyat yoldaşı ilə tanışlığından danışdı - Dedim nə gözəl qızdır, bununla evlənərdim - VİDEO

23 Mart 2022 14:48
3 Şərh     Baxış: 1 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Söz baz" verilişinin növbəti qonağı ifaçı Adil Karaca olub.

İfaçı xanımı ilə tanışlığından danışıb:

"Türkiyə Konsulluğu tədbir keçirirdi. Dostlarım zəng vurdu ki, iştirak edərsən? Təbii ki - dedim. Xanımım da dostunun ad günündə başqa restoranda idi. Dostlarına deyib ki, Türk gecəsi var, gəlin, ora gedək. Gəldilər, mən də səhnəyə çıxdım. Gördüm ki, ondan başqa hər kəs oynayır. Öz-özümə "nə gözəl qızdır, kaş bu qızla evlənərdim" dedim. Qardiroba getdim, baxdım ki, bir qız şəkil çəkdirməyə gəldi. Dedim vaxtım azdır, başqa proqrama da gedəcəyəm. O da, dostlarım da sizinlə şəkil çəkdirmək istəyir- dedi. Gördüm ki, xanımım da oradadır. Şəkil çəkdirdik. Xanımım dedi ki, "YouTube"-da mahnılarınız var? Dinləmək istəyirəm. Adımı, soyadımı yazdım. Birinə dedim ki, get, o uzunboylu qızın nömrəsini istə, de ki, ciddidir. Görüşüb danışdıq. 2 il sonra rəsmi nikah etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.