Şou-biznes

Toy şəkillərini paylaşan Günel: "Kimsənin ailəsini dağıtmamışam" - FOTO

18 Fevral 2022 17:30
2 Şərh     Baxış: 2 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günel Məhərrəmova sosial şəbəkədə toy şəkillərini paylaşıb.

Milli.Az baku.ws-ə xəbər verir ki, sənətçi bu fotoları haqqında yayılan şayiələrə son qoymaq üçün paylaşdığını deyib. Məhərrəmova el adəti ilə ailə həyatı qurduğunu və nikahdan kənar övlad dünyaya gətirmədiyini deyib:

"Hər zaman sual verirsiniz: "Günel xanım, ailəli olmusunuz? Toyunuz olub?" Bəli, əlbəttə, sevib-seçdiyim insanla ailə həyatı qurmuşam. Təmtəraqlı toyum olub. Oğul övladı dünyaya gətirmişəm. Heç kəsin nə ailəsini dağıtmışam, nə də qanunsuz uşaq dünyaya gətirmişəm.

Şükür Allaha, tərbiyəli, namuslu ailədə doğulmuşam. Mənim nə tərbiyəm, nə də ailə vəziyyətim buna yol verməzdi ki, qanundan kənar uşaq dünyaya gətirəm, ya da ki başqalarının ailəsinin bədbəxtliyi üzərində öz xoşbəxtliyimi qurum. Buna heç mənim vicdanım da yol verməz. Sadəcə bəzən bəzi ağzı göyçəklər xoşa gəlməz, ürəkbulandırıcı suallar verirdilər, bu da onlara cavab olsun".

Qeyd edək ki, Günel Məhərrəmova 12 il əvvəl ailə həyatı qurub. Sənətçi müsahibələrindən birində ərinin özündən iki yaş kiçik olduğunu deyib. İfaçının Əli adlı yeganə övladı var. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.