Şou-biznes

“Evdə tək” filminin “cani”si uzun illər sahib olduğu evi satdı - FOTO

10 Fevral 2022 09:06
0 Şərh     Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Evdə Tək" ("Home Alone") filmində və onun davamında cani obrazını canlandıran amerikalı aktyor və komediya ustası Co Pesi Nyu-Cersidəki 28 ildir sahib olduğu malikanəsini satıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, evdə həmçinin Peşinin uzun müddət aktyorluq karyerasına aid suvenirlər də var.

Aktyor malikanənin satışından 5 milyon dollar qazanıb. Peşi mülkü 1994-cü ildən 850.000 dollara almışdı. Yaşayış evi 1990-cı ildə fərdi plan üzrə tikilib, sifarişçinin adı məlum deyil.

Sahəsi 743 kv.m olan yeni sahiblərinin sərəncamına verilib. İçəridə səkkiz yataq otağı, eyni sayda vanna otağı, yemək otağına qoşulmuş mətbəx və bir neçə terras var. Həyətində üzgüçülük hovuzu və istirahət zonası var.

Qeyd edək ki, Nyu-Cersi əsilli Peşi "Bomba oğlanlar" ("Goodfellas", 1990) filmindəki roluna görə "Oskar", "Quduz öküz"dəki ("Raging Bull", 1980) roluna görə BAFTA alıb, "İrlandiyalı" ("The Irishman", 2019) filminə görə isə "ikinci planda ən yaxşı aktyor" nominasiyasına namizəd olub.

O, həmçinin 2019-cu ildə üç studiya albomu buraxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.