Şou-biznes

Partiya sədrinə jurnalistdən koronavirus keçdi - FOTO

26 Yanvar 2022 10:26
0 Şərh     Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

REAL Partiyasının sədri İlqar Məmmədov koronavirusa yoluxub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sədr özü deyib. Sədr virusun ona jurnalistdən keçdiyini bildirib:

"Yanvarın 20-də bir jurnalistə müsahibə vermişdim. İki gün sonra zəng etdi ki, xəstəxanaya gedir, kovid tutub, məni də yoluxdurmuş ola bilər. Evdə oturub bir gözləmək qərarı verdim, düz də elədim - dünən qızdırma oldu 38.9 və s.
Bunlar hamısı olan şeydir. Başa düşülməyən başqa məsələ var. Biz indi bütün ailə bir həftə mənzildə oturmalıyıqsa, bizə qidanı, dərmanı kim alacaq, zibili kim atacaq? Düzdür, bu şəxsən bizə aid sual deyil, çünki kömək edəcək yaxınlarımız var. Kiminsə xahiş edəcəyi yaxını yoxdursa, o nə eləsin?"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.