Şou-biznes

Canana uşaqlarını nə vaxt götürə biləcək?

26 Yanvar 2022 06:22
0 Şərh     Baxış: 1 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı uşaqlarla bağlı apelyasiya məhkəməsi başa çatıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə qərarı ilə 3 uşağın qəyyumluğu atadan alınaraq anaya verilib.

Canana əməkdaşımızla söhbətində bildirib ki, hələ 2 aydan sonra qərar qüvvəyə minəcək:

"Vəkil dedi ki, qərar 2 aydan sonra qüvvəyə minəcək. Ondan sonra uşaqları götürəcəm. Amma bu müddətdə onlar yenidən başqa yerlərə şikayət edə bilər. Bu ərəfədə yenə görüşəcəm uşaqlarla. İstəyəndə götürürəm, mənimlə olurlar".

Aliment haqda suallara isə Canana "Alliment təyin olunacaq və ata ödəyəcək. Mənə fərq etmir, onsuz uşaqlara xərclənir. Əsas məni uşaqlar maraqlandırır" cavabını verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.