Şou-biznes

Elza ağlını sığortalamaq istəyir

13 Yanvar 2022 09:42
9 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada bir sıra maraqlı sığorta növləri mövcuddur. Məsələn, bir çox Dünya ulduzu öz bədən üzvlərini sığortalayıb. Aktirsa Cennifer Lopez elə bu ulduzlara misaldır. Yaxud da gülüşünü sığortalayan Culiya Robertsin adını çəkmək olar.

Bəs Azərbaycanda bu növ sığorta edən şirkətlər varmı?

Milli.Az olay-a istinadən xəbər verir ki, sözügedən mövzu ilə bağlı İctimai TV-nin "Xəbər Yekun" verilişində süjet yayımlanıb.

Proqrama danışan Əməkdar artist Elza Seyidcahan deyib ki, ağlını və şeirlərini sığortalamaq istəyər. Digər müğənni Fuad Musayev isə səs tellərini sığortalamaq istədiyini bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, ölkəmizdə bu istiqamətdə işlər zəif inkişaf edib:

"Konkret sayı ilə deyə bilmərik ki, hansı futbolçu ayağını, yaxud da musiqiçi səsini sığortalayıb. Çünki bu sığorta sirri sayılan məsələdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.