Şou-biznes

Nazpəridən nəvəsi ilə bağlı paylaşım - VİDEO

16 Dekabr 2021 10:54
2 Şərh     Baxış: 2 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Nurelin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni nəvəsinin ad günü olduğunu vurğulayıb.

"Nurel balam, əfsuslar olsun sənin doğum gününü qeyd etməyəcəm. Allah səni və bütün körpələrimizi qorusun. Ad günün mübarək olsun, həyatımın açan çiçəkləri" deyə, Dostəliyeva bildirib.

Müğənni daha sonra sevənlərinə səslənərək "Əzizlərim, hər birinizə minnətdarlığımı bildirirəm. Sizin sevginiz mənə ayaqda qalmaqda böyük dəstəkdir. Allah sizləri mənə çox görməsin, sizi qorusun" sözlərini əlavə edib.

Qeyd edək ki, Nazpərinin iki oğlu var idi. İfaçının böyük övladı Əli bir neçə ay əvvəl dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.