Şou-biznes

Anar Samirəyə görə Hiss və Dilarəni tənqid etdi - VİDEO

13 Dekabr 2021 13:54
1 Şərh     Baxış: 1 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stilist Anar Ağakişiyev  müğənni Samirə əfəndini müdafiə edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bunla bağlı video paylaşan Anar ad çəkmədən müğənnilər Dilarə Kazımova və Hissin ünvanına tənqidlər səsləndirib.

"Eynəklərinizi çıxarın, üç nəfərə müraciət edirəm: Bir nəfərin yanında gəzən anlaşılmayanlar. Deyirsiz, Samirə Əfəndi kimdir? Dələduz yanında gəzirsiz, özünüzü nə hesab edirsiz? Müğənnisiz, kimsiz? Biri "Nəsibənin kuklası" kimi gəzir. O biri də bilinmir...

Samirə Əfəndinin taxta qapısını döyənin, dəmir qapısına vuraram. Biri lütdənməmiş yer qoymayıb. Addımbaşı lüt şəkilləri. Axtarışa adını soyadını yazanda lüt şəkil gəlir. O biri isə hardan gəlib, nə oxuyur bilinmir. Dünən gəlib, bu gün yoxa çıxacaq".

Anar daha sonra Dilarə və Hissin çalışdığı musiqi şirkətinin rəhbəri Vüqar Qusiyevin fotosunu yayımlayıb və onun ünvanına ittihamlar səsləndirib.

Qeyd edək ki, Dilarə bir müddət əvvəl açıqlamasında Samirə ilə küsülü olduğunu demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.