Bu mövsüm ekranlarda onlar olacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün sonra kanallarımız yeni mövsümə başlayacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, reytinq savaşını gücləndirməyə çalışan TV-lərimiz bu müharibədə qalib gəlmək üçün seriallarını mübarizəyə qoşub.
Bir neçə yeni serialın start götürəcəyi ekranlara yeni simaların gələcəyi də istisna deyil.
Yerli kananallarımızda hansı ekran işləri yayımlanacaq?
Formatında xeyli dəyişiklik olan "İctimai" TV iki serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Bunlardan biri baş rolunda Roza Zərgərlinin oynadığı komediya serialı "Bizim restoran"dır. Bir neçə müddətdir yayıma başlayan ekran işi çox da tamaşaçı kütləsi toplaya bilməyib.
Digər ekran işi isə dram janrındadır. "Kür nəğmə" adlanan serialda isə baş rolları Ziya Ağa, Elşən Rüstəmov, Günay Əhməd, Vüsal Hacıqədir, Fərhad Səmimi və Aygün Fətullayeva canlandırır. Hər iki ekran işi həftədə bir dəfə yayımlanacaq.
Əməkdar artist Kəmalə Müzəffər, aktyorlar Qorqud Cəfər və Günəş Mehdinin baş rolunda olacağı "Yad gəlin" ARB TV-də start götürəcək. Serial həftəiçi hər gün yayımlanacaq.
"Uçurum" serialı ikinci mövsümü ilə qaldığı yerdən elə ARB TV-də davam edəcək. Ekran işində Murad İsmayıl və Ülviyyə Xəlilbəyli rol alır.
Aktrisa Çimnaz Sultanovanın rol aldığı yeni serial isə "Məhəbbətə məğlub" adlanır. Çimnaz saytımıza açıqlamasında demişdi ki, burada məşhur türkiyəli aktyorla tərəf müqabili olacaq. Aktyorun adı isə gizli saxlanılır. O, bir neçə bölümdə rol alacaq.
"Qan qohumları" həftəiçi hər gün ATV-də yayımlanacaq. Serialda Zemfira Əbdülsəmədova və Türkay Cəfərli baş roldadır.

Elməddin Cəfərov isə "Leyli və Məcnun" komediyası ilə ötən mövsüm vidalaşdığı "Bacanaqlar"ın yerini doldurmağı düşünür. Serial həftədə bir dəfə efirə gedəcək.
"Qız atası" dördüncü mövsümü ilə ekranlara gələcək. Serialda Əməkdar artist Əkbər Əlizadə, aparıcılar Mətanət Əliverdiyeva, Nərgiz Əliyeva, Xəyalə Quliyeva və başqaları rol alır.

"Xəzər" TV-nin reytinqlu "Ata ocağı" serialı isə komandasını Əməkdar artist Sənubər İsgəndərli, Vidadi Həsənov, aktyor Tural Əhmədlə gücləndirilib. Serialda Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Ayşad Məmmədov kimi sənətçilər yer alır.
"İmtahan"da bu mövsüm Sənan Əlləz, Uzel Kərimova, Fariz İlyasovla yanaşı, Corc Qafarov, Ləman Mərih kimi gənc aktyorları da görəcəyik.
Bundan başqa "Xəzər" TV-də "Subaylıq sultanlıqdır", "Xalxın evi", "5 saat əvvəl", "Ay yay yay" kimi komediya serialları da yayımlanacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb





