Seriallar

"Game of Thrones": taxt oyunlarında kim qalib gələcək?

18 May 2019 19:56
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbərdarlıq: Bu yazıda "Game of Thrones"da baş verənlərlə bağlı "spoyler" var.

George R. R. Martin-in kitablarından ilhamlanaraq çəkilən epik televiziya serialı "Game of Thrones"un qalibi kim olacaq?

2011-ci ildən başlayan serial xəyali Westeros qitəsində hakimiyyəti kimin ələ keçirəcəyilə bağlı fitnələrdən ibarətdir.

Nəhayət, gələn bazar ertəsi gecəsi serialın son səhnəsində biz "Dəmir taxt"a kimin oturacağını öyrənəcəyik.

Serialı izləyənlər bir neçə həftədir ki, sosial şəbəkələrdə öz variantlarını yazırlar.

Bu da onların xəyalındakı ssenarilər:

Dany qalib gələcək!

Beşinci seriyada dəhşətli qəzəb tutmasından sonra "Dəli Kraliça" kimi tanınan Daenerys Targaryen.

Daenerys onun sevgi izharlarına qarşı soyuq davranan sevgilisi/qardaşı oğlu John Snow qarşısında populyarlıq yarışını uduzduğunu anlayıb "sevilməyəcəyi halda qorxulu biri olmaq" qərarına gəlir.

DubrovnikKralın Şəhərinin "əvvəlki halı" Əslində bura Xorvatiyanın Dubrovnik şəhəridir.

Kilsə zəngi Kralın Şəhərinin təslim olduğunu xəbər verir, amma Dany sağ qalan yeganə əjdahası Droqonla birlikdə qəzəb tutması keçirir, mühasirədə olan şəhəri yerlə bir edir və bu zaman əhalinin böyük bir qismini öldürmüş olur.

Bəli, Dany həqiqətən də pislərin tərəfinə keçir.

Bəziləri Cersei və yaltaqların buna layiq olduğunu desə də, digərləri "zəncirləri qıran" Dany-nin cinayətkar bir quldura çevrilməsini mənfi qarşılayır.

Dany-nin atası, "Dəli Kral" II Aerys Targaryen-in də öz şəhərini və xalqını yox etməyə çalışan zaman "Hamısını yandırın!" deyə bağıraraq öldüyünü unutmayaq.

Yenə də son seriyadan əvvəl Əjdaha kraliçası bütün kartları əlində tutur və ən böyük rəqibi Jon Snow onu kraliça olaraq qəbul edir. Amma internetdə yayılmış xəbərə görə, Dany əjdahanın kürəyində şərqə, Dar Dənizə uçarkən öləcək.

Bəlkə John Snow

Jon SnowJon Snow növbəti səhvini planlayarkən

Beşinci bölümdə sevdiyi qadının törətdiyi lazımsız soyqırımı və bir şəhərin yerlə bir edilməsini izləyəndə o, həqiqətən sərsəmləmiş görünürdü.

Üst-üstə bir neçə dəfə bacarıqsızlıq nümayiş etdirən, sonu ölüm də olsa, sadiq qalan və vəzifəsini yerinə yetirən məşhur Jon Snow Daenerys-ə və onun soyqırım planına mane olmalı olan biri kimi görünür.

Biz onun həqiqi adının Aegon Targaryen olduğunu və "Dəmir taxt"ın həqiqi varisi olduğunu bilirik.

Amma o, "Valryia poladı" qılıncını kraliçası/xalası/sevgilisinə qarşı çevirə bilərmi? Və kraliçanın muzdlu mühafizəçisi Gri Solucan-a qalib gələ bilərmi?

Təbii ki, burda məntiqə ən uyğun olan variant Jon-un Dany ilə birlikdə taxta çıxması və kraliçasını cani hisslərdən uzaqlaşdırmasıdır.

Amma Jon nə vaxt məntiqli bir iş görüb ki?

Sansa ola bilərmi?

Bütün qitədə cəmi bir neçə ağıllı şəxsdən biri olan Sansa diplomatik qabiliyyətini, səbrini və sağlam düşüncəsini bir neçə dəfə nümayiş etdirib.

Üstəlik, o, lazım gələndə düşmənlərinə qarşı hərəkətə keçməkdən də qorxmur.

Bəlkə də bütün bunlar onun bacarıqlı bir hökmdar olması üçün kifayətdir, amma Sansa Winterfell Lady-si olaraq tanınır və "Dəmir taxt" üçün ən uyğun namizədlərdən biri olsa da, şəcərəsi ucbatından hakimiyyət iddiası çox zəifdir.

Həm də Sansa bu işi həqiqətən istəyirmi? Kralın Şəhəriylə bağlı onun çox acı xatirələri var və cənubun Starklara mənfi təsir etdiyini də yaxşı bilir.

Yəni bütün digər namizədlər yox olmasalar, Sansa, böyük ehtimal, cənubda qalacaq və "Dəmir taxt"a oturan şəxsin nümayəndələrini qəbul edəcək.

Yoxsa Tyrion?

Game of Thrones aktyor heyəti

Tyrion Meeren ve Kralın Şəhərini yaxşı idarə edib, üstəlik, Dany-nin baş məsləhətçisi olaraq da bol təcrübə toplayıb.

"Taxt oyunları"nın 8 sezonu ərzində Tyrion Lannister vaxtını fahişələrlə yatmağa və şərab içməyə sərf edən birindən hörmət qoyulan bir dövlət adamına çevrilir.

Bu qədər böyük və sürətli inkişafı Tyrionun taxta çıxmasını mümkün variant kimi göstərir. Ələlxüsus da populyar namizədlər bir-birilərini sıradan çıxaracaqları halda.

Keçmiş arvadı Sansayla gücünü birləşdirsə, Tyrion yaxşı bir kral ola bilər. Hər halda, Winterfell-də zombilərlə üzləşəndə onlar duyğulu anlar yaşamışdılar.

Ər sarıdan Sansanı çox da şanslı hesab etmək olmaz, amma o, Tyriona "ən yaxşısı sən idin" demişdi.

Bəlkə də Arya?

Taxta yüz faiz Aryanın da haqqı çatır, elə deyilmi?

Fövqəltəbii, hədsiz dərəcədə pislik edən Gecə Kralını öldürməsi və bütün insanları qurtarması onu mükafata layiq biri halına gətiribsə, bu mükafat niyə Westeros-un taxtı olmasın ki?

Bunun üçün rəqiblərini öldürmk lazım gələrsə, Arya bu işdə də mahirdir.

Sadəcə bir problem var - onun kraliça olmaq arzusu yoxdur.

Arya hər fürsətdə "Mən ledi deyiləm" deyir. Hətta Gendry-nin evlilik təklifini rədd edəndə də.

Amma duyuq salmadan əjdahanın yanından keçib kraliçanı öldürə biləcək yeganə adam da odur. Arya Üzsüz adamın keçmiş dahi övladı və bacarıqlı bir killerdir.

Bronn bacarmaz

Bronn hiyləgərliyi sayəsində Nehirovadan Yuxarı Baxçaya qədər çıxır. "Dəmir taxt"a da əyləşə bilər.

O, döyüşün ən qızğın vaxtında zirehinə bir cızıq belə düşmədən çox yaxşı qorunan bir qalaya girib-çıxa biləcəyini sübut edib.

Üstəlik, Lannisterlar-a "Yüz nəfəri öldürsəniz, sizi lord edərlər, min nəfəri öldürsəniz - kral" demişdi.

Bronn indiyə qədər min nəfər öldürmüş olar, elə deyilmi?

Amma nəticə etibarilə bir əjdaha bir arbaleti mütləq məğlub edər.

Bran

Bran çox danışmasa da, baş verənlərin çoxundan xəbərdardır. Yəni taxta niyə o çıxmasın ki?

Üç Gözlü Quzğun təmkinli və ədalətlidir. Westeros haqqında hər şeyi - keçmişi, bugünü və hətta gələcəyi də bilir.

Bir dəfə özünü "Dəmir taxt"da oturub əbədi bahar mövsümündə məmnun bir xalqı idarə edərkən görmüşdü.

Təsəvvür edin - fasiləsiz olaraq bir boşluğa baxıb Meşənin Övladlarıyla danışan biri.

"Taxt oyunları"nda kimin qalib gələcəyini bilmirik, amma hüzur və sülh dolu bir Westeros darıxdırıcı olmazdımı?

Bəs, hamımıza Westeros-un xaotik, qana susamış və təxmin edilməz bir yer olması xoşdursa?

Yəni lütfən Bran olmasın!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.