Seriallar

"Muhteşem yüzyıl"ın ulduzu: "Onların hamısı yalandır" - FOTO

21 Aprel 2014 12:04
6 Şərh     Baxış: 4 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"da Qanuni Sultan Süleymanın bacısı Hatice Sultan rolu ilə daha da məşhurlaşan türk aktrisa Selma Ergeç Birləşmiş Ərəb Əmirliklərinin MBC4 telekanalındakı "Turki Extra" proqramına qonaq olub.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, proqramın aparıcısı Liana Dahduhun suallarını cavablayan populyar aktrisanın dediyinə görə, 100 seriya boyunca "Muhteşem yüzyıl"da çəkilmək unudulmaz prosesdi.
 

"Sanki nağıldı. O serialda Parqalı İbrahim Paşanı sevən, sonra da ona ərə gedən xatun rolunda idim. O zamanlar belə sevgi qorxulu idi. Sultanın bacısının gizlicə kimisə sevməsi onun başının bədənindən üzülməsinə səbəb olardı. Amma Hatice Sultan sevdi və arzusuna çatdı. İndi belə sevginin ola biləcəyinə inanmıram", - S.Ergeç deyib.
 

Adanalı türk həkim ilə alman tibb bacısının ilk övladı kimi Almaniyada doğulan aktrisa "Best Model of Turkey" gözəllik müsabiqəsində qalib gəlmişdi.

"Yeniyetməlik illərimdə modellərə bənzəmək istəyirdim. Sonra model oldum, Parisdə defilelərə çıxdım. Bu dünyanı içdən gördüm.

Gənc qızlara məsləhətim odur ki, modellərin gözəlliklərinə aldanmasınlar. Belə gözəlliyin əksəriyyəti fotoşopdur. Jurnallarda və reklamlarda olan ifrat gözəllik aldadıcıdır. Onlar hamısı yalandır", - aktrisa söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.