Sağlam qida

Xəbəriniz olsun: Bu makaronlar faydalıdır

13 Aprel 2023 23:49
Baxış: 5 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adətən makaron qutularının üzərində hansı qrupa aid olduğu qeyd olunur. Makaronlar heç də eyni deyil.

Milli.Az xəbər verir ki, dietoloq Yekaterina Korseva sağlamlıq üçün faydalı makaronları açıqlayıb.

"Üzərində "A qrup" qeyd edilən makaron növləri daha faydalıdır, çünki onlar buğdanın bərk növündən hazırlanıb. Makaronlar nadir halda zərərli qida kimi qəbul olunur. O, gec həzm olur, ona görə bir müddət toxluq hissi yaradır.

Makaronlar A, B və V qrupuna bölünür. A qrupu ən faydalısıdır, lif və zülalla zəngindir.

B qrupunda nişastalı və yumşaq buğda istifadə olunur. Onlar ən kalorilidir. Əsasən idmançıların qidasında olur. Arzuolunmaz V qrupudur, burda aşağı sortlu, ağ undan istifadə olunur. Burada orqanizm üçün faydalı maddə yoxdur", - dietoloq deyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.