Sağlam qida

Mədə yanmasında hansı meyvə xilas edə bilər?

4 Mart 2023 23:01
Baxış: 2 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qastroentroloq Aleksandr Andreyev bildirib ki, bəzi qidalar mədə turşusunun təsirini neytrallaşdıra və mədə göynəməsinin xoşagəlməz hissini aradan qaldıra bilər.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, mədə göynəməsinə gətirib çıxardan amillərdən biri saqqızıdr. Adətən saqqız şəkərsiz və mentolsuz olmalıdır ki, mədə yanmasına gətirib çıxartmasın. Saqqız ağız suyunun artması, mədə şirəsindən qələvi tərkibinə görə turşuları neytrallaşdıran tüpürcək istehsalını gücləndirir.

Mədə göynəməsinin qarşısını alan yulaf əzməsidir. Ən yaxşısı maye sıyıq yeməkdir - bu halda o, mədənin divarlarını əhatə edəcək. Bu da göynəmənin qarşısını alacaq.

Əgər yulaf olmasa, arpa və ya düyü sıyığını da bişirib yeməklə bu problemdən yaxa qurtarmaq olar.

Banan mədə turşusuna neytrallaşdırıcı təsir göstərir. Andreev, bananların qələvi qidalar olduğunu deyib.

Mədə göynəməsini aradan qaldırmaq üçün bananı əzib sıyıq halına gətirərək yemək faydalıdır. Yemiş də bananla eyni effekti verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.