Sağlam qida

Günəbaxan yağında yemək qızartmaq olarmı?

4 Mart 2023 22:09
Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloq Mixail Ginzburqun fikrincə, günəbaxan yağında qızardılmış yeməklər təhlükəli xəstəliklər, o cümlədən yaşlandıqda demensiya riskini artırır.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, günəbaxan və qarğıdalı yağları omeqa-6 və çoxlu doymamış yağ turşularının yüksək olduğu yağlar arasındadır. İstiliyə məruz qalaraq, faydalı xüsusiyyətlərini itirir və üstəlik, bədəndə iltihablı prosesləri aktivləşdirirlər.

Buna görə də dietoloq günəbaxan yağında yeməkləri qızartmamağı məsləhət görüb. Mixail Ginzburg xəbərdarlıq edib ki, üzərində qızardılmış yeməklərin daimi yeyilməsi ilə bağlı yüksək iltihab səviyyəsi depressiya, yaşlandıqda Alzheimer xəstəliyi kimi patologiyaların inkişafına səbəb ola bilər.

Qeyd edək ki, Alsheimerin hələ də müalicəsi yoxdur. Bu yağlar beyinə mənfi təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.