Rusiya qüvvələri yeni genişmiqyaslı hücuma hazırlaşır. Düşmən Donetsk vilayətindəki Kostantinovkaya göz dikib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci Ordu Korpusunun sözçüsü Dmitri Zaporojets məlumat verib.
Onun sözlərinə görə, Rusiya komandanlığı artıq son tarix müəyyən edib:
"Düşmənin may bayramlarından əvvəl Kostantinovkanı ələ keçirməyi qarşısına məqsəd qoyduğu barədə məlumatlar var. Onlar mütləq təzyiqi artıracaqlar".
Milli.Az





