Rusiya

Rusiyanın bu ərazisində matəm elan olundu - FOTO

28 Yanvar 2026 11:47
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.

Milli.Az xəbər verir ki, bu barədə rayon rəhbəri Aleksey İnnokentyev şəxsi Telegram kanalında məlumat verib.

Belə ki, Yakutiyanın Nyurbinski rayonunun Nyurbaçan kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində beş nəfər həyatını itirib.

İnnokentyev paylaşımında bildirib ki, Nyurba Regional Administrasiyası, Regional Deputatlar Şurası və şəxsən özü baş verən faciə ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Matəm günlərində rayonda əyləncə xarakterli tədbirlərin dayandırılması və dövlət bayraqlarının endirilməsi nəzərdə tutulur.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.