Rusiya

Rusiya Ali Məhkəməsinin sədri vəfat etdi

22 İyul 2025 11:10
Baxış: 1 208
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosova 71 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, məlumatı Rusiya Ali Məhkəməsi RAPSİ agentliyinə təsdiqləyib.

Podnosova bu vəzifəyə bir ildən az əvvəl aprel ayında təyin edilib.O, bu vəzifəyə Ali Məhkəmənin əvvəlki sədri, 33 il bu vəzifədə çalışan Vyaçeslav Lebedevin ölümündən sonra keçib.

Podnosova 2024-cü ilin aprelin 17-dən Ali Məhkəmənin sədri vəzifəsini icra edirdi. Buna qədər o, dörd il ərzində Ali Məhkəmə sədrinin müavini və İqtisadi mübahisələr üzrə Məhkəmə Kollegiyasının sədri kimi fəaliyyət göstərmişdi.

Qeyd edək ki, İrina Podnosova Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı olub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.