Rusiya

Rusiya Kiyevi atəşə tutdu - Ölən və yaralananlar var

10 İyun 2025 11:30
Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecə ərzində Rusiya Ukraynanın Kiyev və Odessa vilayətlərinə raket və PUA-larla zərbələr endirib.

Milli.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zərbələr nəticəsində Kiyevin 7 rayonunda yanğınlar baş verib, yaşayış evləri dağılıb. 4 nəfərin yaralandığı bildirilir.

Ən çox dağıntı Kiyev vilayətinin Fastov, Brovar, Borispol və Obuxov rayonlarında qeydə alınıb.

Rusiya hərbçiləri Odessa şəhərində doğum evini, təcili tibbi yardım xidmətinin stansiyası və yaşayış evlərinə raket zərbələri endiriblər. Zərbələr nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.