Rusiya

Odessaya raket hücumu: Ölən və yaralananlar var

24 May 2025 16:14
Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Odessa limanına növbəti dəfə raket zərbələri endirib.

Milli.Az xəbər verir ki, hücum zamanı iki nəfər həyatını itirib, daha səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Zərbələrin "İsgəndər-M" tipli ballistik raketlərlə həyata keçirildiyi bildirilir. Hadisə yerində hüquq-mühafizə orqanları və müvafiq strukturlar tərəfindən araşdırma aparılır.

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Kiyev vilayətinin Brovarı rayonu da hədəfə alınıb. Kamikadze tipli PUA-ların törətdiyi partlayış nəticəsində iki nəfər - 54 yaşlı bir kişi və 50 yaşlı bir qadın yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Zərbə nəticəsində bölgədə bir fərdi ev və bir avtomobil də ziyan görüb. Paytaxt Kiyevdə isə bir saat ərzində dörd partlayışın qeydə alındığı bildirilir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.