Rusiya

Yeltsinə sui-qəsd edən şəxs TAPILDI: elə yerdə işləyirmiş ki....

25 Mart 2025 12:18
Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın birinci prezidenti Boris Yeltsinə qarşı sui-qəsdin təşkilatçısı Xabarovsk vilayətindəki uşaq bağçasında xadimə işləyirmiş.

Milli.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Yeltsinə sui-qəsdin təşkilatçısı 1993-cü il yanvarın 27-də Staraya meydanında prezident administrasiyasının binasının damında saxlanılıb. Kişinin yanında bıçaq olub. O, özünü yerli qapıçı kimi təqdim etməyə çalışsa da, ona inanmayıb və həbs ediblər. Dindirilmə zamanı saxlanılan şəxs planlarını etiraf edib.

Müstəntiqlər ona qarşı cinayət işi açsalar da, ekspertiza həmin şəxsin dəli olduğunu üzə çıxarıb. O, stasionar müalicəyə göndərilib.

Telekanalın məlumatına görə, müalicə bir neçə ildən sonra başa çatıb və daha sonra kişi yalnız həkim nəzarətində olub. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.