Rusiya

Rusiyada azərbaycanlı biznesmenin obyekti SÖKÜLDÜ - FOTO

26 Fevral 2025 11:06
Baxış: 3 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində qanunsuz tikilmiş "Abşeron" kafesinin söküntüsünə başlanılıb.

Milli.Az  yerli mediaya istinadla bildirir ki, ərazidə ekskavator və yük maşınları işləyir və müəssisənin binalarını dağıtmağa başlayır.

Qeyd olunub ki, "Abşeron" kafesi Kurqan meriyası büdcəsi hesabına sökülür. Əsaslı Tikinti İdarəsi ictimai iaşə obyektinin sökülməsi üçün 600 min rubl (təxminən 11 min 821 manat) dəyərində müqavilə imzalayıb. Bildirilir ki, magistral yolun üzərindəki müəssisə qanunsuz tikilib. Onun sahibləri azərbaycanlı iş adamıdır. /Lent.az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.