Rusiya

Erməni əsilli polis barda dava saldı - VİDEO

18 Fevral 2025 22:01
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 1-də Bataysk şəhərinin Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsini icra edən Vissarion Tonoyan qardaşı və bir xanımla Rostovdakı ICON klubunda istirahət edərkən sərxoş vəziyyətdə dava salıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Tonoyan barmenin başını butulka ilə vurmaqla hədələyib və administrator münaqişəni həll etmək istəyəndə, polis bardakı içkiləri onun üzərinə atıb.

Hazırda sözügedən klubun sahibi təhdid edildiyini bildirir:

"Öz həyatım üçün, sevdiklərimin həyatı üçün çox qorxuram. Bütün işçilərim kimi. Çünki təhdidlər realdır".

O, bu günə kimi heç bir cinayət işinin açılmadığını deyib.

Müəssisə sahibinin sözlərinə görə, Tonoyan vurğulayıb ki, bu davaya görə ona heç nə olmayacaq və o, hər şeyi həll edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.