Rusiya

Çeçenistanda qəzaya görə matəm elan edildi

27 Dekabr 2024 19:07
Baxış: 1 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda matəm elan olunub.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir.

Çeçenistan hakimiyyəti qəza ilə bağlı dekabrın 28-ni matəm günü elan edib. 

Rusiya mətbuatı bu barədə respublika başçısı Ramzan Kadırovun sərəncamına istinadən xəbər yayıb.

Qeyd edək ki, sözügedən təyyarənin qəzaya düşməsinə səbəb kimi Rusiya raketi göstərilir. Rəsmi Moskva isə faktı qəbul etməyə tələsmədiyini, yekun araşdırmanın nəticəsini gözlədiyini bildirib.

Bundan öncə isə, Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.