Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, aksiyaya səbəb Belarus lideri Aleksandr Lukaşenkonun ermənilərə ünvanladığı bəyanatlar olub.
Aksiyada iştirak edən siyasi fəal Armen Babacanyan Belarus səfirini yerləşdiyi binadan ilk olaraq Lukaşenkonun dostu kimi tanınan Qaqik Tsarukyanın çıxaracağına ümid etdiyini bildirib.
Babacanyan "Respublika Naminə", "Respublika", Avropa Partiyası, "Avropa Hüququ", Azad Vətəndaş" QHT-ləri və "Asparez" klubunun məsələ ilə bağlı birgə bəyanatını təqdim edib.
Bəyanatda Belarusla diplomatik münasibətləri kəsmək, Belarus səfirini arzuolunmaz şəxs elan etmək və ona ölkəni tərk etmək üçün 3 gün vaxt vermək tələbi var.
Aksiyanın sonunda iştirakçılar səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun