Rusiya

Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görüldü

7 May 2024 12:03
Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın müxalif ictimai xadimi olan jurnalist və publisist, xüsusi rejimli koloniyada 25 il həbs cəzası çəkən Vladimir Kara Murza "Pulitzer" mükafatına layiq görülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Murza həbsdə olarkən "The Washington Post" üçün yazdığı bir sıra köşə yazılarına görə mükafata layiq görülüb.

2023-cü ilin aprelində Moskva şəhər məhkəməsi Vladimir Kara Murzanı ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, "Pulitzer" mükafatı ABŞ-də jurnalistika, ədəbiyyat, musiqi və teatr sahələrində ən məşhur mükafatlardan biridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.