Rusiya

Nikolay Rıjkov 94 yaşında vəfat etdi

28 Fevral 2024 11:11
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SSRİ-nin sonuncu baş naziri Nikolay Rıjkov vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko "Telegram" kanalında yazıb.

"Möhtəşəm və parlaq insan insan olan Nikolay İvanoviç Rıjkov həyatdan getdi. O, əsrə bərabər, unikal taleyə malik insan və unikal miqyaslı dövlət xadimi idi, böyük ürəyə malik idi. Mənim üçün Nikolay İvanoviç "zəhmətkeş insan"ın ən parlaq nümunəsidir. Biz onunla çoxdan tanış idik, uzun illər Federasiya Şurasında birgə çalışmışıq. Mənim üçün Nikolay İvanoviçin ölümü böyük şəxsi sarsıntıdır", - deyə o yazıb.

Qeyd edək ki, 94 yaşında vəfat edən Rıjkov 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.