Rusiya

Putini görüşlərdə oxşarı əvəz edir? - Peskovdan açıqlama

24 Oktyabr 2023 14:38
Baxış: 2 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kreml Vladimir Putinin bəzən dublyorla (oxşarlarla) əvəzlənməsi ilə bağlı şayiələri bir daha təkzib edib və bunu absurd "ağ yalan" adlandırıb.

Milli.Az yenisabah-a istinadla xəbər verir ki, Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib:

"Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lərin həsəd aparılacaq israrla müzakirə etdiyi absurd informasiya yalanları kateqoriyasına aiddir. Bu, əlbəttə, təbəssümdən başqa heç nəyə səbəb olmur".

Xatırladaq ki, bir sıra Telegram kanalları Putinin huşunu itirməsi və oxşarı ilə əvəzlənməsi barədə məlumat yayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.