Rusiya

Ukrayna Rusiyaya şərtini açıqladı

21 Avqust 2025 10:40
Baxış: 555
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna hökuməti təhlükəsizlik təminatları əldə edilmədən Rusiya ilə sülh danışıqlarına başlamağın məqsədəuyğun olmadığını bildirir.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva "Rada" telekanalına verdiyi açıqlamada danışıb. Onun sözlərinə görə, ölkə üçün təhlükəsizliyin təmin olunması məsələsi prioritet olaraq qalır və bu olmadan digər mövzular ətrafında müzakirələrin aparılması məntiqsiz sayılır.

Jovkva qeyd edib ki, Ukraynanın gözlədiyi təminatlar həm hərbi, həm də siyasi xarakter daşıyır. Bunlara ölkənin mövcud hərbi potensialının qorunub saxlanılması və Avropa İttifaqına üzvlük prosesi daxildir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.