Rusiya

Rusiya 2 Moldova vətəndaşını "qara siyahı"ya atdı

4 Oktyabr 2023 14:04
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Moldova Televiziya və Radio Verilişləri Şurasının sədri Liliana Vitsu və jurnalist Mixail Sirkelinin ölkəyə girişinə qadağa qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi İqor Zaxarov açıqlama verib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu iki şəxsin Moldovadakı rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılması ilə bilavasitə əlaqəsi var.

Rusiya hökumətinin müvafiq qərarı Moldovanın Rusiyadakı səfiri Lilian Dariusa bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.