Rusiya

Putin "G20" sammitində iştirak etməyəcək

25 Avqust 2023 16:45
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin "G20" ("Böyük İyirmilik") ölkələrinin sammitində iştirakla bağlı planları yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"Prezidentin bu cür planları yoxdur. Bildiyiniz kimi, prezident BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) sammitində onlayn iştirak edib, hazırda onun qrafiki doludur", - Kremlin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, "Böyük İyirmilik" 19 ölkədən və Avropa İttifaqından ibarətdir. Bu ölkələr Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Almaniya, Fransa, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası (CAR), Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Hazırda "G20"yə Hindistan sədrlik edir. "G20" ölkələrinin növbəti, 18-ci sammiti 9-10 sentyabr tarixlərində Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.