Rusiya

Rusiya təsdiqlədi: Bu əraziyə nəzarəti itirdik

6 İyun 2023 12:47
Baxış: 1 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusunun Belqorod vilayətinin sərhədyanı Novaya Tavoljanka qəsəbəsinə nəzarəti itirdiyi təsdiqlənib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Belqorod qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib.

"Bu günə olan məlumata görə, hələ ki, ora daxil ola bilmərik. Rayon rəhbərinin hesabatına görə, 100-ə yaxın adamın orada olduğunu bilirəm. Ümid edirəm ki, vəziyyət dəyişən kimi biz əhalini kəndi tərk etməyə razı sala biləcəyik", - qubernator vurğulayıb.

Qeyd edək ki, daha öncə Rusiyanın Azadlığı Legionu Belqorod vilayətinə tam nəzarət etdikləri barədə video-görüntü yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.