Rusiya

Altı ölkə Rusiyaya qarşı döyüşəcək - Ekspert

24 Aprel 2023 18:11
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edəcəyini düşünsək, ən azı altı NATO ölkəsinin (Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Böyük Britaniya) hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində dayanacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

"Baltikyanı ölkələr üçün də, bizim üçün də bu, ölüm-dirim məsələsi olacaq. Britaniyalılar üçün bu gün Putinlə təkbətək döyüşən Ukrayna 1940-cı ildə Hitlerlə təkbətək döyüşən İngiltərədir.

Əminəm ki, işlər uzun sürən müharibəyə getməyəcək. Kiyev tərəfdaşları Ukrayna Silahlı Qüvvələrini yaz əks-hücumunun uğuru üçün lazım olan hər şeylə təmin edəcəklər. Krım körpüsü və digər hərbi obyektlər, o cümlədən yarımadadakı işğalçılar ATACMS raketləri ilə məhv ediləcək", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.