Rusiya

Rusiyada qız valideynləri tərəfindən altı il təcavüzə məruz qalıb

7 İyul 2022 16:00
1 Şərh     Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Leninqrad vilayətində bir qıza doğma valideynləri altı il boyunca təcavüz edib və onunla porno film çəkiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, qıza qarşı cinsi zorakılıq onun beş yaşından başlayıb. Sistemli zorlama qızın 11 yaşına qədər davam edib.

Zorlama prosesi lentə alınıb və satılıb.

Ər-arvad pornoqrafiyanın yayılması ilə bağlı 34 epizodda ittiham olunub, azyaşlının zorlanması ilə bağlı 12 fakt aşkarlanıb.

Cütlüyün ümumilikdə beş övladı var. Onlar valideynlik hüququndan məhrum ediliblər, uşaqlar isə uşaq evinə göndərilib.

Təcavüzkar ata məktəbdə təmizlikçi işləyirmiş.

Pornoqrafiya görüntülərinin hazırlanmasında ailənin dostu onlara kömək edib.

Cinayət işi məhkəməyə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.