Pedofillər uran hasilatı kimi ağır və təhlükəli işlərə cəlb edilməlidir.
Milli.Az xəbər verir ki, bunu lenta.ru-ya müsahibəsində Rusiya Daxili İşlər Nazirliyinin kriminal eksperti və keçmiş əməliyyat əməkdaşı Mixail İqnatov deyib. O hesab edir ki, ölkədə pedofil, azyaşlı qatili və manyakların cəza çəkmə formatına yenidən baxılmalıdır.
"Bu gün onlar 2-3 nəfərlik qrup halında kameralarında oturur, ibadət edir, kitab oxuyur və gündə yarım saat gəzirlər", - məhkəmə eksperti qeyd edib.
"Ancaq Rusiyada bir çox çətin və təhlükəli iş var - deyək ki, uran hasilatı. Niyə eyni pedofilləri uran mədənlərinə, təbii ki, ağır mühafizə altında göndərməyək? Orada onlar dövlətə xeyir verə bilərdilər", - İqnatov bildirib.
Anar Əli
Milli.Az