Din

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi - VİDEO

18 Noyabr 2018 11:35
15 Şərh     Baxış: 20 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçib.

Milli.Az The Sun-a istinadən bildirir ki, inanclılar bunu, dünyanın axırının yaxınlaşmasına xəbərdarlıq kimi yozurlar.

Söhbət Yerusəlimdə "Ağlama divarı"nda peyda olan ilandan gedir. Tövratda da bu barədə bir neçə qeydin olduğu bildirilir.

İudaizmin müqəddəs kitabı olan Tövrat təfsirçiləri əmindir ki, bu ilan artıq yaxınlaşan Apokalipsisin üçüncü şahidliyidir.

Belə ki, bundan bir qədər əvvəl - oktyabrda israilli fotoqraf "Ölü dəniz"də canlı balığın şəklini çəkmişdi.

Tövratda İyezekil peyğəmbərin axirətdən əvvəl ölü sularda həyatın yaranması haqqında xəbər verməsi yer alır.

Ondan da bir ay qabaq İsraildə qırmızı buzov doğulub ki, bu da Tövratda xatırlanır.

İudaizmin tərəfdarları üçün qırmızı inək "zamanın sonu" mənasına gəlir.

Videonu izləmək üçün şəklə klikləyin:
Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi

Zaur
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.